“İndi Ukraynanın Putinin təklifini qəbul etmək imkanı var, əks halda Rusiyanın hərbi hücumu davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.
“Ukrayna hakimiyyəti hələ də Rusiya Prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanma təkliflərini qəbul edə bilər, əks halda rus qoşunlarının hücumu davam edəcək və Kiyevə qarşı vəziyyət dəyişəcək.
Düşünürəm ki, prezident bu barədə hər şeyi söylədi: Rusiyanın Ukraynanın hazırkı hakimiyyətinə edəcəyi hər növbəti təklif əvvəlkindən daha pis olacaq. Ona görə də indi onların Vladimir Vladimiroviç Putin tərəfindən formalaşdırılan bu təklifi qəbul etmək imkanı var”, - deyə o bildirib.
Medvedyev Ukrayna hakimiyyətini “bacardıqca tələsməyə” çağırıb.
Qeyd edək ki, Putin Ukrayna qoşunlarının “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxacağı və NATO-ya üzv olmayacağı haqda öhdəlik götürəcəyi halda danışıqlara başlamağa hazır olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:19 / 18.06.2024
“Qəbul edin, yoxsa daha pis olacaq” – Medvedyev Ukraynanı hədələdi
Hazırda oxunan: “Qəbul edin, yoxsa daha pis olacaq” – Medvedyev Ukraynanı hədələdi
Hazırda oxunan: “Qəbul edin, yoxsa daha pis olacaq” – Medvedyev Ukraynanı hədələdi
197931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.