ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski ölkələrarası 10 illik təhlükəsizlik sazişi imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansındakı mümkün üzvlüyünə körpü kimi tanıyıblar.
Razılaşmanın şərtləri ABŞ-ın növbəti 10 il ərzində Ukrayna ordusuna təlim keçməsini, silah və texnika istehsalı sahəsində əməkdaşlığı gücləndirməyi, kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirməyi nəzərdə tutur.
Qeyd edək ki, ABŞ Ukrayna ilə belə saziş imzalayan 16-cı ölkə olub.
Bizim.Media