"Problemim var" - Bayden cibində olan maskasını tapa bilmədi - VİDEO

Hazırda oxunan: "Problemim var" - Bayden cibində olan maskasını tapa bilmədi - VİDEO

19606

ABŞ prezidenti Co Bayden Corciya ştatında tərəfdarları qarşısında çıxış etdikdən sonra cibində saxladığı maskasını tapa bilməyib və 30 saniyə ərzində onu axtarıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “FOX News” telekanalı yayıb.

Mənbə yazır ki, hadisə Dulut şəhərində qeydə alınıb. Ağ Evin sahibi çıxışını tamamladıqdan sonra tribunada qalıb və qovluğundakı səhifələri vərəqləməyə başlayıb, sonra ətrafını yoxlayıb.

Bir müddət sonra səhnəyə həyat yoldaşı və Corciya ştatının senatorları Rafael Uornok və Con Ossoff çıxıb.

Biden onlara müraciət edərək "maskamı tapa bilmirəm" deyib. Baydenin həyat yoldaşı Cill axtarışda ona kömək etməyə çalışıb, amma nəticəsi olmayıb.

"Maskamı axtarıram. Bir problemim var" deyən Bayden bu dəfə tamaşaçılara müraciət edib.

Problem yarım dəqiqə sonra şalvarının cibinə baxanda həll edilib. O, maskasını yuxarı qaldıraraq tamaşaçılara göstərib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO