İsraildə dini tətildə 44 nəfər izdihamın qurbanı olub, 100-dən çox insan yaralanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Jerusalem Post” qəzeti yayıb.
Mənbə yazır ki, bundan əvvəl 38 ölüm barədə məlumat verilmişdi. Rabbi Şimon Bar-Yoxayanın qəbrinin yerləşdiyi Meron dağında yəhudilərin Lag Ba-Omer bayramı qeyd olunub.
İsraildə koronavirus məhdudiyyətlərinin qaldırılmasından bəri bu, ilk kütləvi tədbir olub.
Polis bayramda 100 minə qədər insanın iştirak etdiyini bildirib.
Bizim.Media