“Sülh Rusiyanın Ukraynanı heç vaxt, heç bir şərt altında işğal etməyəcəyinə zəmanət əldə edilən zaman olacaq. Əsl sülh belə olacaq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden “Time” jurnalına müsahibəsində “Ukraynada son oyun nədən ibarətdir və sülhün təsviri” ilə bağlı suala cavab verərkən deyib.
“Və bu o demək deyil ki, Ukraynanın sülhü əldə etməsinin yeganə yolu NATO-nun bir hissəsi olmaqla bağlıdır. Bu o deməkdir ki, bizim digər ölkələr kimi onlarla da münasibətimiz var. Və onlara gələcəkdə özlərini müdafiə edə bilmələri üçün silah tədarük edirik”, - deyə Bayden bildirib.
Qeyd edək ki, Ukrayna uzun müddətdir ki, NATO-ya üzv olmaq istəyir, lakin bu, alyansın digər üzvlərinin müəyyən müqaviməti ilə üzləşib.
Xatırladaq ki, ötən ilin yayında NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna rəhbərliyini böyük dərəcədə məyus edən kommünike qəbul edilib. Kommünikedə deyilirdi: “Ukraynanın gələcəyi NATO-dan asılıdır. NATO ölkələri də qəbul edərsə, Ukraynaya Alyansa qoşulmaq üçün dəvət göndərmək iqtidarında olacağıq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:11 / 05.06.2024
Bayden: “Ukraynanın sülhə gedən yolu NATO-nun bir hissəsi olmaqdan keçmir”
Hazırda oxunan: Bayden: “Ukraynanın sülhə gedən yolu NATO-nun bir hissəsi olmaqdan keçmir”
Hazırda oxunan: Bayden: “Ukraynanın sülhə gedən yolu NATO-nun bir hissəsi olmaqdan keçmir”
195750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.