Qazaxıstanın şəhərləri əslində ruslara məxsusdur. Ona görə də Rusiya Federasiyasının həmin ərazilərə tarixi hüquqları var.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.
O, çıxışı zamanı Qazaxıstanı rusofobiyada ittiham edib:
"Yaxşı, baxın, bu gün Qazaxıstanda bir qazax dövlətinin yenidən qurulması baxımından nə baş verir? Orada müstəqillik, latın əlifbasına keçidlə bağlı hansısa milli mifologiya çiçəklənir".
Bizim.Media