Rusiyalı deputat tədbirdə

Rusiyalı deputat tədbirdə "Qarabağ Azərbaycandır!" dedi

Hazırda oxunan: Rusiyalı deputat tədbirdə "Qarabağ Azərbaycandır!" dedi

194661

"Ürəyində, ruhunda, ağlında Azərbaycanla yaşayan hər kəsə müraciət etmək istərdim. Azərbaycan öz inkişafı dövründə çox çətin illərdən keçib".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.

"Ən əsası, Azərbaycan Prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Qarabağın qaytarılması məsələsini həll edə bildi. Bu ərazilərin yenidən abadlaşdırılması üçün çox iş görülməlidir. Bu gün Rusiya və Azərbaycanı yüzlərlə mühüm infrastruktur layihələri birləşdirir. Parlament diplomatiyası da burada sonuncu yerdə deyil. Qarabağ Azərbaycandır!", deyə o vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO