"Şimali Koreya ordusu ölkənin suverenliyinə qarşı təxribatlarını davam etdirəcəkləri təqdirdə ABŞ və Cənubi Koreyaya qarşı tədbir görməyə hazırdır".
Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının müdafiə nazirinin müavini Kim Qanq İl deyib.
Pxenyan rəsmi Seulun Şimali Koreyada təbliğat vərəqələri paylanmasını "psixoloji sui-qəsd" adlandırıb.
Bundan əlavə, bildirilib ki, Koreya yarımadasının sahillərində dəniz sərhədinin pozulması hallarının sayı artıb.
"Dəniz sərhədinin tez-tez pozulması təhlükəli nəticələrə gətirib çıxaracaq. Biz heç vaxt sərhəd xəttini keçməmişik, xəbərdarlıq etmişik ki, suverenliyimizi və təhlükəsizliyimizi qorumaq üçün lazımi hərbi tədbirləri görə bilərik", - Kim Qanq İl xəbərdarlıq edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:45 / 27.05.2024
Şimali Koreya ABŞ-ı hədələdi
Hazırda oxunan: Şimali Koreya ABŞ-ı hədələdi
Hazırda oxunan: Şimali Koreya ABŞ-ı hədələdi
194204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.