Rusiya ordusu Xarkovdakı "Episentr" ticarət mərkəzinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinebuqov məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ticarət mərkəzinin 15 000 kv.m ərazisində yanğın baş verib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb, daha 15 nəfər işçi itkin düşüb.
Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Bizim.Media