Meksikada prezidentliyə namizəd Xorxe Alvares Maynesin seçkiqabağı mitinqi zamanı səhnədə quraşdırılan monitor uçub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.
Nəticədə 9 nəfər həlak olub, daha 60 nəfər isə xəsarət alıb. Həlak olanlar arasında yetkinlik yaşına çatmayan şəxs də var.
Bildirilir ki, monitor Maynesin çıxışı zamanı güclü külək səbəbindən uçub. İnsident zamanı prezidentliyə namizədin özü də xəsarət alıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Meksikada prezident seçkiləri iyun ayında keçiriləcək.
Bizim.Media