İtaliyanın müdafiə naziri Quido Krosetto xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarellanın sədrliyi ilə keçirilən Ali Müdafiə Şurasının iclasında səhhəti pisləşən nazir təcili yardım maşını ilə paytaxt Romadakı San Karlo di Nansi xəstəxanasına aparılıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni sosial media hesabından etdiyi paylaşımda Quido Krosettonun tezliklə sağalmasını arzulayıb.
Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini də həmkarının ən qısa zamanda səhhətinə qovuşmasını arzuladığını bildirib.
Xatırladaq ki, Quido Krosetto bu ilin fevralında da ürək problemlərinə görə xəstəxanaya yerləşdirilmişdi.
Bizim.Media
![İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi](https://bizim.media/file/articles/2024/05/22/1716384778_photo_5363972879630325792_y_16x9.png)
- A-
- A
- A+
Dünya
17:45 / 22.05.2024
İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi
193507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.