Bu gün, mayın 21-də Rumıniya parlamentində iki deputat arasında münaqişə yaranıb.
Bizim.Media xəbər verir ki, Milli Liberal Partiyasının (NLP) nümayəndəsi Florin Roman və müstəqil deputat Dan Vılçanu arasında mübahisə əlbəyaxa davaya çevrilib.
F. Roman hadisəni şərh edərkən bildirib ki, Vılçanunun diz zərbəsi nəticəsində burnu sınıb:
“Bu gün müasir dünyada qarşılaşmayacağımı ümid etdiyim bir şeyi yaşadım. İstiqlalçı deputat Dan Vılçanunu qaydaları pozduğuna görə qınadım... Sonra aramızda mübahisə başladı, bundan sonra plenar zaldan kənarda fiziki zorakılığa məruz qaldım. Mən deputat mandatıma hörmətlə yanaşdığım üçün təcavüzə cavab vermədim. Əvəzində müşahidə kameraları görüntülərinə əsaslanaraq millət vəkilinin cəzalandırılması üçün şikayət ərizəsi verəcəm”.
Vılçanu isə mətbuata açıqlamasında bildirib ki, baş verənlər dava olmayıb, guya o, sadəcə olaraq rəqibinin çiyinlərindən tutaraq iclas zalından çıxarmaq istəyib:
“Hər şey iclas zamanı həmkarımın ünvanıma nalayiq ifadələr işlətməsindən sonra başladı. Mən cavab verdim və vəziyyət gərginləşməyə başladı”.
Parlament sədri Nikola Ciuca həmkarına hücumu pisləyib. O vurğulayıb ki, fiziki zorakılıq, xüsusən də ölkənin qanunvericilik məclisində baş verdiyi üçün yolverilməzdir:
“İnsanlar bizi buraya özlərinə və cəmiyyətin xeyrinə çalışmaq üçün seçiblər. Qaydalara əməl etməklə layiqli və sivil davranış nümunəsi göstərməyə mənəvi borcumuz var. Deputatlar Palatasının rəhbərliyindən bu vəziyyətdə lazımi tədbirlər görməsini xahiş edirəm”.
Qeyd edək ki, Deputatlar Palatasının müşahidə kameraları tərəfindən lentə alınan görüntülərdə Vılçanunun qəfildən Romana hücum etdiyi, onun üzərinə əyildiyi və burnunu dişlədiyi əks olunub.
- A-
- A
- A+
Dünya
23:12 / 21.05.2024
Rumıniya Parlamentində ƏLBƏYAXA DAVA: Deputat həmkarının burnunu dişlədi - VİDEO
Hazırda oxunan: Rumıniya Parlamentində ƏLBƏYAXA DAVA: Deputat həmkarının burnunu dişlədi - VİDEO
Hazırda oxunan: Rumıniya Parlamentində ƏLBƏYAXA DAVA: Deputat həmkarının burnunu dişlədi - VİDEO
193370
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.