İran səfiri helikopter qəzasının səbəbini AÇIQLADI 

İran səfiri helikopter qəzasının səbəbini AÇIQLADI 

Hazırda oxunan: İran səfiri helikopter qəzasının səbəbini AÇIQLADI 

193074

"İran helikopterinin qəzaya uğramasına səbəb pis hava şəraiti olub". 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Belarusdakı səfiri Əlireza Sanei jurnalistlərə açıqlamasında deyib. 

"Helikopter pis hava şəraiti səbəbindən çətin eniş edib" – deyə Sanei bildirib. 

Onun sözlərinə görə, xilasedicilər təyyarə qəzasından sonra həlak olanların hamısının cəsədlərini müəyyən ediblər. 
Qeyd edək ki, mayın 20-də İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisi və onun nümayəndə heyətinin öldüyünü təsdiqləyib. Tasnim agentliyinin məlumatına görə, təyyarədə 8 nəfər olub. Meyitlərin tapılması əməliyyatı başa çatıb və onlar Təbrizə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO