Helikopter qəzasında ölənlərin dəqiq sayı AÇIQLANDI

Helikopter qəzasında ölənlərin dəqiq sayı AÇIQLANDI

Hazırda oxunan: Helikopter qəzasında ölənlərin dəqiq sayı AÇIQLANDI

193006

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yazıb.

Mənbə qeyd edir ki, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Ekipajda iki pilot və bir texniki işçi olub, onların adları açıqlanmır.

Bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri İbrahim Rəisinin və onun nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı xəbərləri təsdiqləyib.

O da məlum olub ki, qəza nəticəsində həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO