Xerson raket atəşinə tutuldu - Ölən və yaralananlar var

Xerson raket atəşinə tutuldu - Ölən və yaralananlar var

Hazırda oxunan: Xerson raket atəşinə tutuldu - Ölən və yaralananlar var

192836

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, yaşayış məntəqələrinə endirilmiş zərbələr nəticəsində çoxmərtəbəli bina və 8 fərdi evə ziyan dəyib. Liman infrastrukturunda da zərbə qeydə alınıb. Hadisədə iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Bildirilib ki, vilayətin Antonivka, Sadove, Stanislav, Ponyativka, Mikolske, Berislav, Mixaylivka, Tyaginka, Osokorivka, Lvove, Novooleksandrivka yaşayış məntəqələri, habelə Xerson şəhəri atəşə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO