“Prezidentin seks kölələri var”x9d  - Polkovnik qızından şok etiraf

“Prezidentin seks kölələri var”x9d - Polkovnik qızından şok etiraf

Hazırda oxunan: “Prezidentin seks kölələri var”x9d - Polkovnik qızından şok etiraf

192440
Son dövrdə keçirdiyi nüvə sınaqları ilə dünya ölkələrinin sərt qınaq obyektinə çevrilən Şimali Koreyanın adı daha bir qalmaqallı iddiada hallanır.

“Qafqazinfo”x9d xarici KİV-ə istinadən xəbər verir ki, ölkədən Cənubi Koreyaya qaçan polkovnik qızı adını dəyişdikdən sonra xarici mediaya danışıb. Yeni adı Lim olan 26 yaşlı qız ölkədə qorxunc edamların, seks kölələrinin olduğunu iddia edib. Onun sözlərinə görə, 11 musiqiçi cinsi məzmunlu filmlər çəkməkdə ittiham edilərək, dəhşətli şəkildə öldürülüblər:

“O gün gördüklərim ürəyimi bulandırdı. Təxminən 10 min adam hadisəni izləyirdi və mən də qurbanlardan təxminən 60 metr uzaqda idi. Əvvəl onları qamçıladılar, sonra zenit raketlə vurdular. Bu atışlar zamanı musiqiçilərin bədənləri hissələrə ayrılıb, tamamilə yox oldu. Qan və bədən üzvlərinin hissələri hər yerdə uçuşurdu. Ondan sonra tanklar gəldi və qalan hissələrin üstündən keçdi”x9d.

Lim ölkədə yaşananların bununla bitmədiyini, prezidentin gözəl qızları seks köləsi kimi yanında saxladığını qeyd edib. O, “Əgər həmin qızlardan hansısa səhvən hamilə qalırdısa, sonra heç bir xəbər olmadan yoxa çıxırdı”x9d,-deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO