"ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır, sonra onu alyansa daxil edəcək. Biz hazırda kritik anda görüşürük. Rusiya prezidenti Vladimir Putin Xarkovda və şərqdə Ukraynaya qarşı növbəti hücumunu gücləndirir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə mətbuat konfransında çıxışı zamanı deyib.
“Rusiya əsgərləri, İran pilotsuz uçan aparatları, Şimali Koreya artilleriyası, maşın və hissələrdən istifadə edilməklə inşa edilən tanklar, raketlər və döyüş təyyarələri Ukraynanı cənginə alıb. Önümüzdəki həftələr və aylar bu qədər fədakarlıq edən ukraynalılardan böyük cəsarət tələb edəcək”, - deyə ABŞ dövlət katibi bildirib.
O, həmçinin ABŞ-ın yardım paketindən yeni texnika və silahların yaxın günlərdə Ukraynadakı döyüş meydanına çatdırılacağına söz verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:24 / 14.05.2024
Blinken: “ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır, sonra onu alyansa daxil edəcək”
Hazırda oxunan: Blinken: “ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır, sonra onu alyansa daxil edəcək”
Hazırda oxunan: Blinken: “ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır, sonra onu alyansa daxil edəcək”
192095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.