Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin niyə baş tutmamasını izah edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə lideri Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində danışıb.
“Bizim ABŞ-a səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-da seçki keçiriləcək və cənab Baydenin qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı. Aprelin 26-da “Haber Global” telekanalı ABŞ-lı rəsmiyə istinadən Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:11 / 12.05.2024
Ərdoğan ABŞ səfərinin baş tutmamasının SƏBƏBİNİ AÇIQLADI
Hazırda oxunan: Ərdoğan ABŞ səfərinin baş tutmamasının SƏBƏBİNİ AÇIQLADI
Hazırda oxunan: Ərdoğan ABŞ səfərinin baş tutmamasının SƏBƏBİNİ AÇIQLADI
191666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.