Dünyanın ən pisi kimdir? - 2021-ci ilin pislərinin SİYAHISI - FOTO

Dünyanın ən pisi kimdir? - 2021-ci ilin pislərinin SİYAHISI - FOTO

Hazırda oxunan: Dünyanın ən pisi kimdir? - 2021-ci ilin pislərinin SİYAHISI - FOTO

19165

Hər il Oskar mükafatından öncə açıqlanan, ilin ən pis film, aktyor və digər nominasiyalarını təyin edən 41-ci “Razzie”- Qızıl moruq mükafatı tərəfindən 2021-ci ilin nominatlarının adları bəlli olub. 

Bizim.Media “Hollywoodreporter.com”-a istinadən bildirir ki, “ən pis” mükafatına kimlərin sahib çıxdığı 25 apreldə elan edilib.

Bununla da ilin ən pis namizədləri, Oskar mükafatı – yəni ilin ən yaxşıları qiymətləndirilmədən, gündəmə gəlməyi bacarıb.

Bu il namizəd kimi daha çox “365 Gün”, “Musiqi” və “Dolittle”, filmləri göstərilirdi. Lakin Qızıl moruq mükafatının qalibi Sia-nın müəllifi olduğu Musiqi- “Music” filmi olub.



"Musiqi" filmində rol alan Keyt Hudson, ən pis aktrisa, həmyerlisi Maddie Ziegler - ən pis köməkçi aktrisa, Sia'nın özü isə ən pis rejissor seçildi. Film narkotik aludəçisi olan bir qızın autizmli bacısına qəyyumluq etdiyi roldan bəhs edir. Filmin  “ən pis” nominasiyasına layiq görülməsi də elə bu səbəbdəndir. 



Qalib olan digər film isə “Absolute Proof”- “Mütləq dəlil” filmidir. Filmin rejissoru həmçinin filmin əsas rol qəhrəmanı olan Mayk Lindell isə ən pis aktyor nominasiyasının qalibi seçildi. Filmin “ən pis” siyahısında olmasına səbəb filmdə fırıldaqçılığın, rüşvətin təbliğ olunması ilə bağlıdır. 

“Qızıl moruq - 2021" nominatlarının tam siyahısı aşağıdakılardır:



Ən pis Film - “Absolute Proof”- “Mütləq dəlil” 

Ən pis aktyor - Mike Lindell- “Absolute Proof”

Ən pis aktrisa - Keyt Hudson – “Music”- Musiqi

Ən pis köməkçi aktrisa - Maddie Ziegler, “Music”- “Musiqi”

Ən pis köməkçi aktyor- Rudy Giuliani, Borat Subsequent Moviefilm

Ən pis aktyor cütlük - Rudy Giuliani and his pants zipper for 'Borat: Subsequent Movie Film 

Ən pis rejissor - Sia, "Musiqi"

Ən pis remark – “Dolittle”

Ən pis ssenari - "365 gün"

Xüsusi Mükafat - 2020 – Bütün Zamanların Ən Pis Təqvim İli

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO