“Rusiya qoşunları Ukrayna sərhədindən uzaqlaşdırır, buna görə də ABŞ hesab edir ki, sanksiyaların köməyi ilə demək olar ki, səy göstərdiyimiz hər şeyə nail olmuşuq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Dalip Sinqx Reuters-ə eksklüziv müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Bayden ABŞ və Türkiyə arasında müdafiə əməkdaşlığına ciddi zərər vurub” – Amerikalı politoloq
“Bizim niyyətimiz mütənasib hərəkət etmək və məqsədyönlü yanaşmaya sahib olmaq, siqnal vermək idi. Rusiya bunu başa düşməliydi ki, belə və ya daha pis davranmağa davam edərsə, daha çox ziyan vurmaq imkanımız var”, - deyə Sinqx bildirib.
"Onun sözlərinə görə, «bu anda nəticələr ümid etdiyimiz şeylərə tam yaxın oldu”.
Bu nəticələr Rusiyanın apardığı manevr işlərindən sonra qoşunları Ukrayna sərhədindən uzaqlaşdırılması idi.
Sinqx onu da qeyd edib ki, bu sanksiyalar əslində Moskva ilə münasibətlər qurmaq üçün hazırlanıb:
"Sanksiyalar strategiyanın irəliləməsinə kömək edə biləcək bir vasitədir, bu həm də diplomatik proses üçün bir qol vəziyyəti yaratmaq cəhdidir”.
Bizim.Media