Ukrayna dronlarının Rusiyanın dərinliklərində neftayırma zavodlarına zərbələr endirməsi Kremli müharibə apararkən öz ərazisini müdafiə etməyə məcbur edib.
Politoco nəşrinin məlumatına görə, bu hücumlar həm də ağlasığmaz nəticələrə gətirib çıxarıb: dünyanın ən böyük neft ölkəsi benzinsiz qalıb və yerli yanacağın qiyməti qalxıb.
“Hökumətin məlumatlarına görə, Rusiya istehlakçıları üçün dizel yanacağının qiymətləri təkcə son bir həftə ərzində təxminən 10 faiz artaraq kəlləçarxa çıxıb. Benzinin qiymətləri də ilin əvvəlindən bəri 20 faizdən çox artaraq altı ayın ən yüksək səviyyəsinə çatıb, çünki təklif azalır və daha çox zavod hasilatı dayandırmağa məcbur olur”, - nəşr yazıb.
Bəs bu durumda Moskva Ukraynaya daha sərt tədbirlərlə cavab verə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiyanın Ukraynaya cavab zərbəsi onun infrastrukturunu əsaslı şəkildə dağıtmaq istiqamətində olacaq:
“Qərbin dəstəyilə Ukrayna ordusu yeni yardımlar alır. Bu müstəvidə də Kiyevin döyüş əzmi artır. Ukrayna artıq uzaq mənzilli raketlər və yaxud atıcı silahlar əldə edərək, Rusiyanın dərinliyində olan obyektləri hədəfə almağa başlayıb. Sözsüz ki, Rusiya Ukraynanın bu hərəkətini cavabsız qoymayacaq.
Düzdür, Moskvanın ona hansı tərzdə cavab verəcəyini demək çətindir. Fikrimcə, Rusiya ilk növbədə adekvat, hətta bir qədər ondan üstün həcmdə cavab zərbəsi endirəcək. Ukraynanın əsas problemi enerji təminatı məsələsidir. Zaporojye atom elektrik stansiyası onların nəzarətindən çıxıb. Digər su, istilik elektrik stansiyalarının bir çoxunu da Rusiya sıradan çıxarıb. Düşünürəm ki, Rusiyanın Kiyevə cavab zərbələri də məhz bu istiqamətdə olacaq”.
Müsahibimiz qeyd edir ki, Moskva Ukraynanı enerji təminatı baxımından çökdürməyə, iqtisadi və sosial infrastrukturunu dağıtmağa və Kiyevi belədə danışıqlara gəlməyə məcbur etmək istəyir:
“Rusiya gözləyəcək ki, Ukrayna sülh danışıqları ilə bağlı ona sorğu göndərsin. Lakin bu Amerikadakı Prezident seçkisinə qədər baş verməyəcək”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:30 / 02.05.2024
Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”
Hazırda oxunan: Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”
Hazırda oxunan: Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”
189912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.