Putinin sağ əlinə SUİ-QƏSD CƏHDİ: Bədəninə zəhərli maddə yeritdilər..

Putinin sağ əlinə SUİ-QƏSD CƏHDİ: Bədəninə zəhərli maddə yeritdilər..

Hazırda oxunan: Putinin sağ əlinə SUİ-QƏSD CƏHDİ: Bədəninə zəhərli maddə yeritdilər..

188562

Rusiya lideri Vladimir Putinin sağ əli kimi tanınan Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevə sui-qəsd planı hazırlanıb.

Sfera.az bildirir ki, bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb. Keçmiş Kreml rəsmiləri tərəfindən idarə edildiyini iddia edilən “General SVR” Telegram kanalının verdiyi xəbərə görə, 71 yaşlı Patruşevin bu yaxınlarda xəstəxanaya aparılıb.

Xəstəxanada aparılan analizlər nəticəsində sintetik maddə ilə zəhərləndiyi müəyyən edilən Nikolayın sui-qəsddən ciddi xəsarət almadan sağ çıxdığı bildirilib. Zəhərin Patruşevin bədəninə dəridən daxil olduğu təxmin edilərkən, sui-qəsdin kim tərəfindən təşkil edildiyi və nə məqsədlə edildiyi bilinmir.

Məlumata görə, bu barədə Putinə sui-qəsdə görə Patruşevin həyatı üçün təhlükə olmadığı aydınlaşdıqdan sonra məlumat verilib. Sui-qəsdin “Rusiya elitaları arasında hakimiyyət bölgüsünün yenidən formalaşdırıldığı dövrün başlanğıcı” ola biləcəyi düşünülüb.

Qeyd edək ki, Patruşev də, Rusiyanın kənd təsərrüfatı naziri olan oğlu Dmitri də Rusiyadakı bəzi dairələr tərəfindən Putinin varisi kimi göstərilir.

Günay Rəsulqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO