Dünyanın ən qeyri-adi dahisi-  Tez-tez salto vuran, öncəgörənliklə insanları xilas edən alim

Dünyanın ən qeyri-adi dahisi- Tez-tez salto vuran, öncəgörənliklə insanları xilas edən alim

Hazırda oxunan: Dünyanın ən qeyri-adi dahisi- Tez-tez salto vuran, öncəgörənliklə insanları xilas edən alim

188532
Moderator.az bu yazısında dəyişən cərəyan, yüksək tezlik, yüksək gərginlik, maqnit induksiyası, simsiz elektrik ötürücüsü kimi fiziki məfhumların banisi olan və qeyri-adi ömür yaşamış serb əsilli ABŞ alimi Nikola Teslanın qəribə vərdişləri və haqqında gəzən əfsanələrdən danışacaq:

Teslanın qəribəlikləri və qorxularıxa0

O, mikroblardan hədsiz dərəcədə qorxar, əllərini tez-tez sabunla yuyardı. Qaldığı oteldə gün ərzində 18 ədədə qədər dəsmal tələb edərdi. Əgər nahar zamanı masanın üzərinə milçək qonardısa, ofisiantı məcbur edərdi ki, yeni sifariş gətirsin.xa0

O, küçədə gəzərkən qəflətən salto vura bilirdi. Tez-tez xiyabanda gəzərək, Hötenin Faust əsərini əzbərdən söylərdi. Həmin anda onun ağlına əla texniki ideyalar gəlirdi. Digər tərəfdən ondan öncəgörmə qabiliyyəti də olub.xa0

Tesla bir dəfə axşam qonaqlıqdan sonra dostlarını dilə tutur ki, yaxınlaşan qatara oturmasınlar. Dostları ona qulaq asır və bununla da həyatları xilas olunur. Çünki doğrudan da, həmin qatar relsdən çıxır, çoxlu sərnişin həlak olur və xeyli insan yaralanır.

Tesla qadın sırğalarına, mirvarilərə kəskin surətdə nifrət edirdi. Komforanın iyi ona çox güclü diskomfort yaradırdı. O, gəzdikcə addımlarını sayır, içərisində şorba olan boşqabın, qəhvə olan piyalənin həcmini və qidanın kəsiklərini hesablayırdı. Əksər vaxtlarda da yeməyi tək yeyir, ümumiyyətlə, kollektivlə işləyə bilmirdi.xa0

Tesla haqqında elmi əfsanələr

Qeyd: yazının bu bölümündə akademik Vaqif Abbasovun Tesla haqqındakı məqalədən istifadə olunub:
Teslanın kağızları - Əfsanəyə görə, Tesla öləndən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi şöbəsi otelin o yaşayan otağındakı bütün sənədləri götürür. MKİ şübhələnirdi ki, xa0hələ Teslanın ölümünə bir neçə il qalmış bəzi kağızları alman kəşfiyyatı tərəfindən oğurlanır və alman uçan boşqablarının yaradılması üçün istifadə oluna bilərdi. Bu insidentin təkrarlanmasının qarşısını almaq üçün MKİ otaqda tapdığı bütün kağızları gizlədir.xa0

Filadelfiya eksperimenti-Bu hipotetik hadisədə Teslanın iştirakı haqqında danışsaq, çətin ki, mümkündür, çünki Tesla özü bu eksperimentin başlanmasından əvvəl-1943-cü ildə yanvarın 7-də vəfat etmişdi. Təcrübə isə həmin ilin sonlarında-oktyabrında olub.

“Şüa silahı”x9d- Guya Amerikanın DARPA agentliyi 1958-ci ildə cəhd edib ki, Teslanın əfsanəvi “ölüm şüasını”x9d yaratsın və bu iş Livernor milli laboratoriyasında “Yelləncək”x9d layihəsinin gedişində aparılıb. 1982-ci ildə layihədən çox pul tələb olunduğuna görə dayandırılıb.xa0

Tunqun meteoriti- Bu hipotezə görə Tunqus fenomeni müşahidə olunan gün xa0Nikola Tesla enerjinin hava ilə ötürülməsi təcrübəsini aparıb. Partlayışdan bir neçə ay əvvəl Tesla deyirmiş ki, məşhur səyyar Robert Pirin Şimal qütbünə yolunu işıqlandıra bilər. Bundan başqa ABŞ konqresinin kitabxanasında belə bir qeyd var ki, Tesla Sibirin ən az əhali yaşayan yerlərinin xəritəsini işləyib.xa0
xa0 xa0
Qadın yerinə göyərçin

Hər gün tək-tənha 13 km piyada gəzərdi. Kimsə ilə danışmaz, ona müraciət edənlərə cavab belə verməzdi. Harasa tələsərdi. Adamlar çox yaxşı bilirdilər ki, Tesla sevimli göyərçinlərinin yanına tələsir. Gedir, onlarla xeyli söhbətləşir və duzsuz fıstıqla onları yemləyərdi. Bəzən ayağı zədələnən göyərçinlərdən birini otelə gətirib onu müalicə edərdi. Heç zaman evlənmədi. Ölənə qədər də qadınlardan qaçdı. Bəzən ədəbi yaradıcılığa da qurşanardı. Yazdığı xatirələrdəki bir qeydi isə hamının təəcccübünə səbəb oldu. O, yazırdı:”x9d Mən uzun illər ərzində millərlə göyərçini yedirdirdim. Ancaq qanadlarının üzərində açıq boz rəngli qısa xətli təmiz ağ, gözəl bir göyərçin var idi. Bu biri digərlərindən fərqlənirdi. O dişi göyərçin idi. Mənim yalnız ondan xoşum gəlirdi və onu çağırırdım, o da öz növbəsində uçaraq mənə tərəf gələrdi. Mən bir kişinin qadını sevdiyi kimi göyərçini sevirdim, o da məni sevirdi. Nə qədər ki, mən onu görürdüm, mənim yaşamağımın bir məqsədi var idi”x9d.xa0

Elmin Nuri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO