“Peyvənddən sonra virusa qarşı toxunulmazlıq zamanla azalır. İllik aşılardan mövsümi qrip kimi istifadə edilə bilər”.
Bizim.Media Türkiyənin “HaberGlobal” televiziyasına istinadən xəbər verir ki, bu sözləri Pfzier-Biontech şirkətinin həmtəsisçisi və baş tibb işçisi, koronavirus vaksininin yaradıcılarından biri Özləm Türeci ABŞ televiziyalarından birinə müsahibəsində deyib.
Türk alimləri Uğur Şahin və Özləm Türecinin “Pfizer” şirkəti ilə birlikdə istehsal etdikləri koronavirus vaksini bütün dünyada geniş istifadə olunur.
“Pfizer” şirkətinin idarə heyətinin sədri Albert Bourla son həftələrdə bildirib ki, koronavirus peyvəndinin üçüncü dozası 12 aydan gec olmayaraq vurulmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:37 / 23.04.2021
“BioNTech”in qurucusu: İnsanlar hər il peyvənd olunmalıdır
Hazırda oxunan: “BioNTech”in qurucusu: İnsanlar hər il peyvənd olunmalıdır
Hazırda oxunan: “BioNTech”in qurucusu: İnsanlar hər il peyvənd olunmalıdır
18844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.