Moskvada parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Rostov vilayətində saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
O, dindirilmək üçün İstintaq Komitəsinə aparılıb. Abbasov iki günə yaxın axtarılıb.
Qeyd edək ki, Şahin Abbasov Rusiya vətəndaşı Kirill Kovalevin qətlində şübhəli bilinir.
Aprelin 18-də “Shot Telegram” kanalının yaydığı məlumata görə, Kovalev Lyublinoda nişanlısının evinin yaxınlığında avtomobili səkidə saxlayan “Toyota Camry”nin sürücüsü ilə mübahisə etdikdən sonra bıçaqlanaraq öldürülüb.
Bizim.Media