Gürcüstan parlamenti ciddi müzakirələrə və etirazlara baxmayaraq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Bizim.Media xəbər verir ki, parlamentin 83 deputatı qanun layihəsinin lehinə səs verib. Müxalifət səsvermədə iştirak etməyib.
Gürcüstan parlamentindəki müxalifət deputatları səsvermədən əvvəl zalda ayrıca iclas keçirməyə cəhd göstəriblər. Buna görə parlamentin sədri Şalva Papuaşvili iclasda fasilə elan edib. Daha sonra müxalif partiyalarının bir neçə üzvü zaldan çıxarılıb.
Sənəd xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik bəyannamələr doldurmasını tələb edir.
Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. Layihə üçüncü oxunuşda qəbul edildikdən sonra təsdiqlənmək üçün Gürcüstan prezidentinə göndəriləcək.
Qeyd edək ki, Gürcüstan müxalifəti qanun layihəsinə qarşı çıxır və bir neçə gündür paytaxt Tiflisdə etiraz aksiyaları keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:30 / 17.04.2024
Gürcüstan parlamenti mübahisəli qanun layihəsini birinci oxunuşda qəbul edib
Hazırda oxunan: Gürcüstan parlamenti mübahisəli qanun layihəsini birinci oxunuşda qəbul edib
Hazırda oxunan: Gürcüstan parlamenti mübahisəli qanun layihəsini birinci oxunuşda qəbul edib
187624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.