Özbəkistan və Çin alimlərindən yeni PEYVƏND – Adı “Rutan”dır

Özbəkistan və Çin alimlərindən yeni PEYVƏND – Adı “Rutan”dır

Hazırda oxunan: Özbəkistan və Çin alimlərindən yeni PEYVƏND – Adı “Rutan”dır

18655

Özbəkistan Elmlər Akademiyasının Bioüzvi Kimya İnstitutu Çin Elmlər Akademiyasının alimləri ilə birgə COVID-19 əleyhinə “Rutan” adlı yeni vaksin ixtira ediblər.

Bizim.Media xəbər verir ki, yeni vaksin bitkilər əsasında hazırlanan yeganə təbii dərmandır.

Aparılan klinik tədqiqatlar göstərir ki, “Rutan” vaksinindən COVID-19 virusunun və müxtəlif ağırlıqda olan pnevmoniya xəstələrinin müalicəsində istifadə oluna bilər.

Qeyd olunur ki, “Rutan” tamamilə təhlükəsizdir və koronaviruslu xəstənin oksigen çatışmazlığına müqavimətini artırır.

Bu günlərdə Çinin Özbəkistandakı “China-Uzbekistan Medicine Technical Park” birgə müəssisəsi və “Radiks” şirkəti tərəfindən yeni vaksinin istehsalına başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO