Xəbər verdiyimiz kimi bu gün ilin ilk Günəş tutulması başlayıb.
Bizim.Media xəbər verir ki, Günəş tutulması hazırda Şimali Amerika üzərində baş verir.
Tam Günəş tutulması əvvəlcə Meksikanı, sonra isə ABŞ və Kanadanı əhatə edib.
Qeyd edək ki, tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Proses 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.
Bizim.Media