Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatı İordaniya mediasında geniş işıqlandırılıb.
Azərbaycanın İordaniyadakı səfirliyindən Bizim.Media-ya bildiriblər ki, bu ölkənin geniş oxucu kütləsinə malik “alordoon.com”, “nayrouz.com”, “orobanews.com”, “johinanews.com” və “nbnjo.com” xəbər portalları həmin bəyanatı dərc ediblər.
Bəyanatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkdiyi, mina təhdidinin davam etdiyi, müharibədən sonra baş verən mina partlayışları zamanı ümumilikdə 350 azərbaycanlının mina qurbanına çevrildiyi, onlardan 50-si mülki şəxs, 15-i hərbi qulluqçu olmaqla, 65 nəfərin həyatını itirdiyi vurğulanıb.
Eyni zamanda, mina hadisələrinin əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdiyi məkanlarda baş verməsinin Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyinin sübutu, bunun da öz növbəsində İrəvan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlüyün növbəti təzahürü olduğu diqqətə çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:18 / 07.04.2024
İordaniya mətbuatı Azərbaycanın mina problemindən yazdı - FOTO
Hazırda oxunan: İordaniya mətbuatı Azərbaycanın mina problemindən yazdı - FOTO
Hazırda oxunan: İordaniya mətbuatı Azərbaycanın mina problemindən yazdı - FOTO
186103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.