Vaşinqton İranın qarşıdakı həftə ərzində ABŞ və ya İsrail hədəflərinə qarşı həyata keçirə biləcəyi böyük hücumla əlaqədar “yüksək həyəcan” vəziyyətindədir.
Bizim.Media bu barədə CNN-ə istinadən xəbər verir.
Qeyd olunub ki, həm ABŞ, həm də İsrail rəsmiləri İranın Dəməşqdəki konsulluq binasına zərbə endirilməsinə cavab hücumunun “qaçılmaz” olduğu qənaətindədir. Hər iki ölkənin hökumətinin yaxınlaşmaqda olan hücumla əlaqədar birlikdə intensiv işlədiyi qeyd olunub.
Bizim.Media