Ölkəsində “xarici agent” statusu alan musiqiçi “Crocus City Hall”un qurbanlarına 12,5 milyon BAĞIŞLADI

Ölkəsində “xarici agent” statusu alan musiqiçi “Crocus City Hall”un qurbanlarına 12,5 milyon BAĞIŞLADI

Hazırda oxunan: Ölkəsində “xarici agent” statusu alan musiqiçi “Crocus City Hall”un qurbanlarına 12,5 milyon BAĞIŞLADI

184878

Morqenştern ləqəbi ilə ölkəsində məşhurlaşan və “xarici agent” statusu alan rusiyalı epotajlı müğənni Əlişir Tagiroviç Morqenştern “Crocus City Hall”da baş vermiş terror aktının qurbanlarına kömək etmək, habelə faciə ilə bağlı yaranan digər ehtiyaclar üçün külli miqdarda vəsait ayırıb. 

Bizim.Media xəbər verir ki, musiqiçi bunu üçün şəxsi büdcəsindən 12,5 milyon rubl (təxminən 230 min manat) köçürüb. 

“Crocus City Hall”da baş verən hadisələrdən sonra Morqenştern ölənlərin ailələrinə başsağlığı verməklə yanaşı, ehtiyacı olan hər kəsin kömək istəməsi üçün sosial şəbəkədə “bot” yaradıb, həmçinin digər sənətçiləri də vəsait toplamaqda iştirak etməyə səsləyib.  

“Biz sizə kömək etməyə (tibbi xidmət, əməliyyatlar, həkim xidmətləri və s.) xərcləri ödəməyə hazırıq. Bizə botda yazın və vəziyyəti sübutlarla ətraflı təsvir edin”, - deyə musiqiçi bildirib. 
Bir həftə sonra Morqenştern fondun fəaliyyəti haqqında hesabat açıqlayıb. Bu müddət ərzində demək olar ki, 15 milyon rubl (təxminən 276 min manat) toplaya bildik, bunun təxminən 12,5 milyon rublu (təxminən 230 min manat) artıq xərclənib. Terrordan əziyyət çəkən 12 ailəyə 4 milyondan (təxminən 73,6 milyon manat) çox, terror aktı qurbanlarına kömək edən 59 həkimə 6 milyondan (təxminən 110 min manat) çox yardım göndərilib. Daha 230 min rubl (təxminən 4232 manat) lazımi avadanlıq almaq üçün dörd xəstəxanaya köçürülüb. Bu pulla tibbi uşaq bezləri, yaş salfetlər, böyüklər üçün uşaq bezləri, çarpayı əleyhinə kremlər və gigiyena üçün təmizləyici köpük alınıb. 

Bundan əlavə, fond faciə yerində kortəbii xatirə üçün güllər və oyuncaqlar almağa kömək edib - buna 50 min (təxminən 920 manat) , könüllülərin xərclərinə isə daha 25 min rubl (təxminən 460 manat) xərclənilib. Təcili olaraq insanların binadan çıxarılmasına kömək edən konsert zalının gənc işçiləri reperdən bir milyon rubl (təxminən  18400 manat) alıblar: 15 yaşlı İslam Xəlilov və 14 yaşlı Artem Donskov. 

“Biz işləməyə davam edirik, əməyi keçən hər kəsə təşəkkür edirik. İnsanlar utancaqdırlar, lakin kömək istəməkdə daha inamlıdırlar. Mümkünsə, bizə deyin ki, istəsəniz, tamamilə hər şey anonim qalacaq”, - deyən reper kim fondu aldatmağa cəhd etsə, fırıldaqçıların kimliyini açıqlayacağını və ictimaiyyətə bu haqda məlumat verəcəyini qeyd edib. 
Daha sonra, martın 30-da səhər saatlarında ifaçı ana, ata və oğulun öldüyü ailədən danışıb. Geridə 5 yaşlı qızı və dünyaya gələcək böyük bacısı qalıb. Reperin fondu ailəyə 2 milyon (təxminən 36800 manat) rubl ödəyib. 

Qeyd edək ki, martın 22-də axşam saatlarında “Piknik” pop-rok qrupunun konsertindən əvvəl bir qrup silahlı şəxs “Crocus City Hall”a basqın edərək insanlara atəş açıb. Hücum nəticəsində 144 nəfər həlak olub. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO