Putindən TƏHLÜKƏLİ XƏBƏRDARLIQ – Rusiya NATO-ya zərbələr ENDİRƏCƏK?

Putindən TƏHLÜKƏLİ XƏBƏRDARLIQ – Rusiya NATO-ya zərbələr ENDİRƏCƏK?

Hazırda oxunan: Putindən TƏHLÜKƏLİ XƏBƏRDARLIQ – Rusiya NATO-ya zərbələr ENDİRƏCƏK?

184565

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Ukraynaya yardım edən üçüncü ölkələri hədələyərək onların aerodromlarının hədəfə alına biləcəyini bildirib. Bu barədə dövlət başçısı Tver vilayətində hərbi pilotlarla danışarkən deyib.

“Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, – Putin söyləyib.

Prezident vurğulayıb ki, sözügedən qırıcılar nüvə silahı daşıyıcısı ola bilər və Rusiya bunu nəzərə alır.

Görünən odur ki, Putin Qərbi açıq şəkildə NATO aerodromlarını hədəf almaqla təhdid edir.

Bu baş verərsə, dünyanı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirir ki, Rusiya prezidenti tərəfindən belə bir bəyanatın verilməsi anlaşılandır:

“Çünki Qərb bir müddət öncə Moskvada baş vermiş terror aktında günahlandırılan əsas tərəflərdən biridir. Bu mənada Putinin mesajı daha çox xəbərdarlıq mesajına oxşayır. Rusiya gözəl anlayır ki, birbaşa Avropa dövlətlərinin hava limanlarını vurmaq müharibə elan etməklə yanaşı, həm də NATO üzvünə təcavüz kimi qiymətləndirilə bilər. Hazırda Ukrayna müharibəsində Qərblə üz-üzə dayanan Rusiya üçün bu heç də arzuolunan deyil.

Qarşı tərəf bir neçə dəfə bildirib ki, Ukrayna müharibəsində Qərb və NATO tərəf deyil, sadəcə Ukraynaya lazım olan dəstək verilir. Amma bununla yanaşı NATO rəsmiləri bir neçə dəfə rəsmi şəkildə bəyan ediblər ki, əgər Rusiya tərəfindən NATO-nun hər hansı bir üzvünə hücum olarsa, bu halda artıq NATO müharibə tərəflərindən biri olacaq. Bu isə Rusiya üçün həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan əlavə problemlərin yaranması anlamına gələ bilər”

Həmsöhbətimiz qeyd edir ki, indiki məqamda Moskva istənilən istiqamətdə Rusiyaya qarşı ikinci cəbhənin açılmasına çalışan Qərbə bu şansı verməyəcək:

“Bu ən azından Rusiyanı geri qayıtması mümükün olmayacaq yeni bir yola çəkə bilər”.

Politoloqun fikrincə, Rusiya Prezidentinin bu səpkidə bəyanat verməsi onu deməyə əsas verir ki, Qərb Rusiyanın daxilinə nüfuz edə bilib və hər an ictimai-sosial zəmində qarşıdurma yarada bilər:

“Görünən odur ki, hərbi gücdən yalnız və yalnız qorxutma vasitəsi kimi istifadə edən Rusiya bunu real şəkildə həyata keçirməyəcək. Çünki indiki halda belə vəziyyətin yaranması Rusiyanın maraqlarına cavab vermir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO