Rusiya Donetskin kəndini atəşə tutdu - 3 yaralı var

Rusiya Donetskin kəndini atəşə tutdu - 3 yaralı var

Hazırda oxunan: Rusiya Donetskin kəndini atəşə tutdu - 3 yaralı var

184068

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk rayonunun Krasnohorivka kəndini atəşə tutması nəticəsində üç nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu feysbukda açıqlayıb.

Bildirilib ki, əvvəlcə səhər saatlarında Rusiya hərbçiləri yaşayış məntəqəsini artilleriya atəşinə tutaraq iki nəfəri yaralayıblar. Daha sonra eyni bölgəyə aviazərbə endirilib. Nəticədə 70 yaşlı kişi ölüb.

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 

2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO