Tokayev terror aktı ilə bağlı Putinlə telefonla DANIŞIB 

Tokayev terror aktı ilə bağlı Putinlə telefonla DANIŞIB 

Hazırda oxunan: Tokayev terror aktı ilə bağlı Putinlə telefonla DANIŞIB 

183905

Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident Kasım-Jomart Tokayev bütün qazaxıstanlılar adından Moskva vilayətindəki terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Vladimir Putinə və qardaş Rusiya xalqına dərin hüznlə başsağlığı verib. 

Dövlət başçısı dinc vətəndaşlara qarşı qəddar zorakılıq aktını qətiyyətlə pisləyib və terrorizmə qarşı mübarizə məsələlərində Rusiya ilə həmrəyliyini bir daha təsdiqləyib. 

Öz növbəsində Vladimir Putin dəstək sözlərinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO