Moskvadakı hücumun arxasında kimlər DAYANIR? – Deputatdan MÜHÜM AÇIQLAMA 

Moskvadakı hücumun arxasında kimlər DAYANIR? – Deputatdan MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Moskvadakı hücumun arxasında kimlər DAYANIR? – Deputatdan MÜHÜM AÇIQLAMA 

183859

Xəbər verdiyimiz kimi, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror hadisəsi törədilib. 

Belə ki, naməlum şəxslər zala daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən qaçıblar. Nəticədə son məlumata görə, 99 nəfər ölüb, 150-yə yaxın insan isə yaralanıb. 

Görəsən, bu terror aktının arxasında hansı qüvvələr dayanıb? 

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun fikrincə, baş verən hadisə geosiyasi mübarizənin əlaməti olmaqla yanaşı, Rusiyanın rəqiblərinin terroru bu ölkəyə qarşı mübarizə vasitəsi kimi müəyyənləşdirdiklərinin göstəricisidir: 

“Rusiyada törədilən bu dəhşətli terror cinayətinin arxasında konkret kimlərin dayandığını söyləmək çətindir. Çünki Rusiya rəsmiləri bu barədə hələlik hər hansı konkret mövqe sərgiləmir. Amma bu dinc insanlara qarşı törədilən olduqca təhlükəli, vəhşi bir cinayətdir. Belə cinayəti törədənlər ən sərt şəkildə cəzalandırılmalıdırlar. 
Müəyyən amillər üzərindən çıxış edərək, fikir bildirmək olar. Təəssüf ki, bu gün terror dövlətlərarası mübarizənin əsas vasitələrindən birinə çevrilib. Terroru digər cinayətlərdən fərqləndirən əsas amil onun siyasi motivli olmasıdır. Bu gün Rusiyaya qarşı hansı siyasi motivlərlə terror mübarizəsi aparıldığına diqqət yetirsək, bir sıra məsələlərə aydınlıq gətirmək olar. 

Rusiyanin əsas geosiyasi rəqibləri də bəllidir. Ukrayna cəbhəsində Rusiyanln üstünlük əldə etməyə başlaması ola bilsin, terrorun da bir mübarizə vasitəsi kimi seçilməsini şərtləndirib. Rusiyada zaman-zaman müəyyən terror aktları törədilib. 

Bütün bunların arxasında kənar qüvvələrin dayandığı şübhəsizdir. 

Hesab edirəm ki, Rusiyada törədilən terror aktının arxasında bu ölkənin indi fəal olduğu istiqamətlə, yəni Ukrayna cəbhəsilə bağlı ola bilər. ABŞ başda olmaqla bir sıra Qərb ölkələri iki həftə öncə öz vətəndaşlarını terror təhlükəsi səbəbindən Rusiyaya səfərlər etməməyə çağırış etmişdi. Bunun özü müəyyən düşüncələrə yer açır. Belədə bu məlumatların onlarda hardan əldə edildiyi sualı meydana çıxır. Bu məlumatlar Qərb ölkələrində olduğu halda, Rusiyada niyə belə bir məlumatlar olmayıb? Bu sual da açıq qalır. 

ABŞ terror aktından dərhal sonra bu olayda Ukrayna izinin olmadığı fikrini səsləndirib. Onun özü də müəyyən suallar doğurur. 
Düşünürəm ki, qısa zamanda cinayəti kimlərin törətdiyi, arxasında kimlərin dayandığı müəyyənləşəcək. Çünki bu Rusiyanın milli təhlükəsizliyi məsələsidir. Dinc insanların hədəf seçilməsinə heç bir halda haqq qazandırıla bilməz. Bütövlükdə bu hadisə geosiyasi mübarizənin əlamətləridir. Baş verən olay Rusiyanın rəqiblərinin terroru bu ölkəyə qarşı mübarizə vasitəsi kimi müəyyənləşdirdiklərinin göstəricisidir”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO