TikTok ABŞ gündəmindəki yerini qorumağa davam edir. Məşhur tətbiqi qadağan edən səsvermədən sonra TikTok-un icraçı direktoru məsələ ilə bağlı sosial mediada paylaşım etdi.
Shou Zi Chew, "Bu qadağa təsdiqlənərsə, 300 min amerikalı işini itirə bilər" deyib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, son zamanların ən çox müzakirə edilən sosial media tətbiqlərindən biri olan TikTok üçün Amerika Nümayəndələr Palatası Çinli ByteDance sahibinin tətbiqi başqa bir millətin sahibinə satmasını və ya qadağan edilməsini tələb edən qanun layihəsini səsə qoydu.
Ölkədə 170 milyon istifadəçisi olan sosial media platformasının taleyi ilə bağlı səsvermənin ardından ABŞ Nümayəndələr Palatası TikTok-u sıxışdıran qanunun qəbulu üçün 65 əleyhinə 352 səs verərək qanuna ilk təsdiqini verdi.
Qanun layihəsinə görə, Çinin ByteDance şirkətinə TikTok-u satmaq üçün 165 gün vaxt veriləcək.
TikTok platformasının baş icraçı direktoru sosial media üzərindən Amerikalı TikTok fenomenlərinə belə müraciət etdi:
"Əgər bu təcrübə qanuna çevrilərsə, digər sosial media şirkətlərinə təsir edəcək hərəkata çevrilə bilər. Bu, həmçinin kiçik biznes və yaradıcıların milyardlarla dollarlıq gəlirini əlindən alacaq. Əgər TikTok ölkənizdə bloklanırsa, 300 min insan işini itirəcək, buna müqavimət göstərin”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:27 / 16.03.2024
"TikTok" bloklanarsa çox sayda insan işsiz qalacaq" - "TikTok" un icraçı direktoru
Hazırda oxunan: "TikTok" bloklanarsa çox sayda insan işsiz qalacaq" - "TikTok" un icraçı direktoru
Hazırda oxunan: "TikTok" bloklanarsa çox sayda insan işsiz qalacaq" - "TikTok" un icraçı direktoru
182876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.