Ukraynanın Odessa şəhəri Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 19 nəfər həlak olub. Ölənlər arasında polis əməkdaşı və Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) əməkdaşı da var.
Daha 73 nəfər isə xəsarət alıb.
Bizim.Media