Misirdə qatar qəzası: Yaralananların sayı 109-a çatdı – 8 ölü var

Misirdə qatar qəzası: Yaralananların sayı 109-a çatdı – 8 ölü var

Hazırda oxunan: Misirdə qatar qəzası: Yaralananların sayı 109-a çatdı – 8 ölü var

18275

Misirin paytaxtı Qahirə şəhərinin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Bir neçə dəqiqə əvvəl Əl-Ərəbiyyə telekanalı qatar qəzasında səkkiz nəfərin öldüyünü və 20-dən çox insanın yaralandığını bildirmişdi. Qatar Əl-Mənsur şəhərindən Qahirəyə yola düşübmüş.
 

MÖVZU İLƏ BAĞLI:

Qatar relsdən çıxdı - 35 ölü, 20 yaralı var - VİDEO


"İlkin məlumatlara görə, Benha şəhəri yaxınlığında baş verən qəzada 109 vətəndaş xəsarət alıb". Bəyanatda deyilir.

Əyalət qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.

Bu, Misirdə son illərdə baş verən ilk dəmir yolu hadisəsi deyil. Mart ayının sonunda Sohag vilayətinin Taxta şəhərindəki yolda iki qatar toqquşub. 

Qəza nəticəsində dayanan qatarın iki vaqonu relslərdən çıxaraq aşıb. Toqquşma nəticəsində 19 nəfər ölüb, 185 nəfər yaralanıb. 

Misir Baş Prokurorluğu hadisə vaxtı qatarlardan birinin sürücüsünün və köməkçisinin iş yerlərində - lokomotiv kabinəsində olmadığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO