"Fransa ordusuna ehtiyacımız yoxdur" - Zelenskidən Makrona sərt REAKSİYA

Hazırda oxunan: "Fransa ordusuna ehtiyacımız yoxdur" - Zelenskidən Makrona sərt REAKSİYA

182158

Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BFMTV telekanalına müsahibəsində deyib.

"Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər. Rusiya başqa bir NATO ölkəsinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq", - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. O, daha sonra ifadəsində düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək, onu etməklə eyni deyil”.

NATO-nun Baş katibi Yens Stoltenberq bu müzakirələr fonunda Makrona bu cür məsələlərdə müttəfiqlərlə məsləhətləşməyi tövsiyə edib.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO