İsraildə nazirin əmisi oğlu döyüşlərdə həlak oldu

İsraildə nazirin əmisi oğlu döyüşlərdə həlak oldu

Hazırda oxunan: İsraildə nazirin əmisi oğlu döyüşlərdə həlak oldu

181912

İsrailin maliyyə nazirinin əmisi oğlu döyüşlərdə həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, 43 yaşlı mayor Amişar Ben David Xan Yunisdə döyüş zamanı öldürülüb. 

“The Jerusalem Post”un yazdığına görə, Ben David İsrailin maliyyə naziri Bezalel Smotriçin əmisi oğlu olub.

O, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan həlak olan 248-ci hərbi qulluqçudur.

Ordunun mətbuat xidməti bildirib ki, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi zamanı ölkənin həlak olan hərbçilərinin ümumi sayı artıq 587 nəfərə çatıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO