Daha 4 ölkədən XƏBƏRDARLIQ: “Rusiyada terror aktları olacaq”

Daha 4 ölkədən XƏBƏRDARLIQ: “Rusiyada terror aktları olacaq”

Hazırda oxunan: Daha 4 ölkədən XƏBƏRDARLIQ: “Rusiyada terror aktları olacaq”

181756

Çexiya, İsveç və Cənubi Koreya səfirlikləri, habelə Kanada hökuməti Rusiyadakı vətəndaşlarını izdihamlı yerlərdən çəkinməyə çağırıb və ölkədə “təhlükəsizlik vəziyyətinin pisləşdiyini” bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

Sözügedən dövlətlər Moskvada mümkün terror aktları ilə bağlı ABŞ səfirliyinin açıqlamasına istinad edir.

“Rusiyanın iri şəhərlərində ekstremist qrupların mümkün hücumları ilə bağlı son xəbərlərlə əlaqədar Çexiyanın Moskvadakı səfirliyi Rusiyada yerləşən Çexiya vətəndaşlarını xüsusi diqqətli olmağa çağırır. Biz həmçinin insanların çox olduğu yerlərdən uzaq durmağı tövsiyə edirik”, – Çexiya səfirliyinin saytında yerləşdirilən mesajda deyilir.

Oxşar xəbərdarlıqlar əvvəllər ABŞ, Böyük Britaniya, Almaniya və Latviya tərəfindən də dərc edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO