Həkimlər kütləvi etiraz aksiyası keçirəcək...-  Maaşların azlığına görə

Həkimlər kütləvi etiraz aksiyası keçirəcək...- Maaşların azlığına görə

Hazırda oxunan: Həkimlər kütləvi etiraz aksiyası keçirəcək...- Maaşların azlığına görə

181654
Həkimlər xa0maaşlarının azlığına etiraz əlaməti olaraq tətilə çıxacaqları haqda hökumət orqanlarına xəbərdarlıq etdilər. Latviyanın Ailə Həkimləri Assosiasiyası iyulun 3-də tibb işçilərinin, o cümlədən tibb bacıları və həkim köməkçilərinin əmək haqlarınn azlığıyla bağlı tətil keçirəcəklərini elan edib. Moderator.az xəbər verir ki, bu haqda məlumatı “Latviya-4”x9d radiosu yayıb. Assosiasiya prezidenti Sarmite Veyde bildirib ki, etirazlar başlayandan sonra ağır xəstələr təcili yardım çağırmalı və ya qəbul şöbələrinə müraciət etməli olacaq.xa0

“Vəziyyət belədir: bir neçə ay öncə Səhiyyə Nazirliyinə məlumat vermişik ki, işlərimizin həcmi böyüyüb və planlaşdırılan yeni islahat da bizim yükümüzü artıracaq. xa0Bununla belə, bizim resurslarımız olduğu kimi qalıb. Ailə həkimlərinin maaşlarını artırılması planı yoxdur”x9d-deyə Assosiasiya prezidenti əlavə edib.xa0

Xəbərdə may ayında xa0cərrahların maaş azlığına görə işdən çıxması səbəbindən xa0Latviyada cərrahiyyə şöbələrinin bağlanması haqda KİV-də xa0məlumatlar yayıldığı xatırladılır. Bununla bağlı xa0səhiyyə naziri Anda Çakşa bəyan etmişdi ki, ölkədə əmək haqqı məsələsi kritik həddə çatıb, həkimlər özlərini xa0atılmış və dəyərsiz hesab edirlər...

P.S. xa0Arayış xa0üçün bildiririk ki, hələ 2014-cü ilə olan məlumata görə, Latviyada həkimlərin orta aylıq əmək haqqı 1097 avrodur(təxm. 2084 AZN). xa0Qiymətlər isə digər MDB respublikaları, o cümlədən Azərbaycanla müqayisədə o qədər də baha deyil. Düzdü, keyfiyyətli ağ çörək nisbətən bahadır - təxminən 0,8 avro(təxm.1,5 AZN). Amma keyfiyyət də öz yerindədir. Həm də maaşlarla və digər ərzaq qiymətləri ilə nisbətdə müqayisə edəndə çörək də o dərəcədə baha alınmır. xa0Çünki 2017-ci ilin yanvarı üçün Latviyada minimal əmək haqqı 380 avrodur(təxm. 722 AZN), mal ətinin kiloqramı 4,75 AZN, bir qutu yumurta(30 əd.) 1,7 avro(təxm. 3,2 AZN), kərə yağı -2 avrodur.(3,8 AZN) və s. Azərbaycanda isə minimal əmək haqqı 116 manat, nisbətən keyfiyyətli çörək 50-60 qəp., xa0orta keyfiyyətli kərə yağının kiloqramı 10-11 manat, mal ətinin kilosu 11-12 manatdır...

P.P.S. Latviyanın eləcə də digər Baltikyanı, həmçinin Qərb ölkələrini Azərbaycandan geridə qoyan əsas amil onların elmində, təhsilində, səhiyyəsində və s. korrupsiya və rüşvətin, demək olar ki, olmamasıdır. Odur ki, oralarda həkimlər 1000 avrodan çox maaş alsalar da, narazılıq edirlər. Amma bizim dövlət xəstəxanalarında çalışan həkimlər görün nə qədər fədakar, xalq və dövlətsevərdirlər ki, 26-cı ildir müstəqil olmağımıza rəğmən 200-300 manat maaş alırlar, heç cınqırlarını da çıxarmırlar. 200-300 manat maaşla necə kabab yemək, villa tikmək, maşın almaq, aptek açmaq xa0və s. olar? Doğrudan da Azərbaycan möcüzələr diyarıdır...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO