Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Ordusunun əsas bazasına səfəri zamanı praktiki hərbi təlimlərin artırılmasına çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Kim Çen İn martın 6-da Koreya Xalq Ordusunun ölkənin qərb hissəsindəki əməliyyat təlimləri üçün nəzərdə tutulmuş iri bazasına baş çəkib, burada təlim obyektlərinə baxış keçirib və hərbi hissələrin praktiki manevrlərinə nəzarət edib.
Onu Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil qarşılayıb.
“O (Kim Çen in - red.) xüsusilə vurğulayıb ki, ordunun bütün bölmələri hazırki tələblərə uyğun olaraq müharibə hazırlığı vəziyyətinə keçidi sürətləndirməlidir”, - deyə nəşr yazıb.
Qeyd edək ki, Şimali Koreya liderinin açıqlamaları Cənubi Koreya və ABŞ-ın 11 gün davam edəcək “Azadlıq Qalxanı” adlı birgə böyük hərbi təlimləri keçirdikləri vaxta təsadüf edir.
Bizim.Media