ABŞ-ın Nyu- York şəhərində polis şiddətinə qarşı etiraz aksiyası keçirilib.
Bizim.Media “Ria.novosti”yə istinadən xəbər verir ki, etirazçılar şəhərin küçələrində “Qaradərilərin də yaşamağa haqqı var” şüarları səsləndirirlər.
Onlar bu yaxınlarda polis tərəfindən həbs edilərkən qətlə yetirilən qaradərili Dante Raytın adını səsləndirir.
Etirazçılar, şəhərin təhlükəsizlik qüvvələrinin maliyyədən məhrum edilməsi üçün çağırışlar edirlər.
Qeyd edək ki, Minnesota polisi, əməkdaşlarının elektrik silahını tapança ilə səhv saldığını və həbs əsnasında hüquq-mühafizə orqanlarının əlindən qaçan afroamerikalı Dante Raytin bu səbəbdən qətlə yetirildiyini açıqlayıblar. Qaradərilinin ölümü etirazlara səbəb olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:32 / 17.04.2021
ABŞ-da polislə etirazçılar arasında qarşıdurma - VİDEO
Hazırda oxunan: ABŞ-da polislə etirazçılar arasında qarşıdurma - VİDEO
Hazırda oxunan: ABŞ-da polislə etirazçılar arasında qarşıdurma - VİDEO
18137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.