Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünya miqyasında koronavirusla bağlı artım nisbətinə diqqət çəkib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, son iki ayda dünyada yoluxma sayının iki dəfə artdığını söyləyən Qebreyesus ölümlərin həyəcanverici həddə olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
“7 həftədir ki, yoluxmalar və ölüm sayında artım var” – ÜST-dən HƏYƏCAN TƏBİLİ... - VİDEO
ÜST-nın hesabatına görə, epidemiyanın başlanğıcından bəri həyatını itirənlərin sayı 3 milyonu keçib. 1 ildən çox müddətdə epidemiyada 2 milyon insan öldüyü halda, bu rəqəm son üç ayda 1 milyon daha artıb.
ÜST rəsmisi 2019-cu ilin dekabrında Çində ortaya çıxan koronavirusun təsirini itirmək əvəzinə sürətini daha da artırdığını qeyd edib.
Onun sözlərinə görə dünya ölkələrinin bəzilərində vaksinasiya prosesinə başlanıldığı halda, yoluxma daha da kəskinləşib.
Alçina Amilqızı, Bizim.Media