Xəbər verdiyimiz kimi, Türkiyədə və Azərbaycanda maraqla izlənilən “Ramo” serialı bu gün “Show TV”də finala çıxacaq.
Bizim.Media xəbər verir ki, serialda “Sibel” rolunu canlandıran tanınmış aktrisa Ersa Bilgi “İnstagram”da rəsmi fan (“esrabilgicfanss”) səhifəsində bununla bağlı dünən qəmli status yazıb və tərəf müqabili aktyor, “Ramo” rolunu oynayan Murat Yıldırımla meşənin qoynunda çəkilən fotolarını paylaşıb:
“Ramo”da son gün. Nə düşünürsünüz”.
Bir neçə saat bundan öncə isə Esra Bilgi status yazaraq yeni serialda təklif aldığını gizlətməyib:
“İnşallah, ən yaxın zamanlarda yenə ekranlarda olacağıq”. Aktrisa söhbətin hansı serialdan getdiyini açıqlamayıb.
Bizim.Media