Ukraynalı müğənni, dizayner və videobloger Nadya Dorofeyeva evində açıq-saçıq çəkdirdiyi fotosunu “İnstagram”da yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” sayı yayıb.
Mənbə yazır ki, fotoşəkildə ulduz ağ rəngli corabda və alt paltarında görünüb. Arxasını kameraya çevirib və şkafın içində nəsə axtarır.
"Geyinəcək bir şey yoxdur" deyə ifaçı fotoya imza atıb. Fotoşəkilə ilk reaksiya göstərənlərdən biri Nadyanın əri Vladimir Dantes olub:
"Belə gedin, dua edirəm!". Bu şərh bir çox izləyicisi tərəfindən dəstəklənib. Qeyd edək ki, əvvəllər də Dorofeyeva evdə çəkilən oxşar şəkillərini paylaşmışdı.
Bizim.Media