Makrondan ABSURD XƏBƏRDARLIQ – “Əgər NATO Ukraynaya qoşun göndərsə...”

Hazırda oxunan: Makrondan ABSURD XƏBƏRDARLIQ – “Əgər NATO Ukraynaya qoşun göndərsə...”

180105

Deyəsən, artıq Qərb özü Rusiya ilə birbaşa toqquşmaya getməyə hazırlaşır. Ən azından Fransa Prezidenti Makronun son açıqlaması belə şübhələrin yaranmasına əsas verir. 

Belə ki, mətbuat konfransı zamanı Emmanuel Makron Qərbin, yəni NATO-nun Ukraynaya kömək üçün qoşun göndərilə biləcəyi versiyasından danışıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Makron: “Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik” – VİDEO


“Ola bilər ki, Şimali Atlantika Alyansı Ukraynaya kömək üçün qoşun göndərsin. Amma hələlik bu məsələdə konsensus yoxdur. Gələcəkdə Qərb qoşunlarının yerləşdirilməsi istisna oluna bilməz, lakin bu gün qoşunların yeridilməsinə dair rəsmi, qəbul edilmiş və təsdiqlənmiş konsensus yoxdur”. 

Belə bir ehtimalı Slovakiyanın yeni seçilən Rusiyapərəst baş naziri də təsdiqləyib. Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Avropa İttifaqı və NATO-nun bəzi ölkələri Ukraynaya qoşun yeritmək imkanını müzakirə edirlər. 

Baş nazir qeyd edib ki, o, Avropa  liderlərinin Paris görüşünə hazırlıq zamanı qeydləri öyrənib.

"Bu tezislərdən görünür ki, bir sıra NATO və Aİ-yə üzv ölkələr ikitərəfli əsasda Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirirlər”-deyə Slovakiya hökuməti rəhbəri bildirib. 

Qərb açıq münaqişəyə daxil olur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Makronun bu tip açıqlaması Ukrayna cəbhəsində vəziyyəti gərginləşdirməyə xidmət edir: 

“Hazırda Fransa Ukrayna cəbhəsində vəziyyəti gərginləşdirməkdə maraqlı tərəf qismində çıxış edir. Parisin məkirli və təhlükəli niyyətlərindən biri də odur ki, bölgədə vəziyyət daha da qarışsın. Bu gün Makronun timsalında Fransa siyasətçiləri Rusiya Ukrayna müharibəsində hansısa hipotetik sabitliyin əldə edilməsindən daha çox, münasibətlərin daha da gərginləşdirilməsində maraqlı tərəf kimi iştirak etməyə çalışır. 

O baxımdan NATO və ya Avropa qoşunlarının Ukraynaya göndərilə biləcəyi kimi ehtimallar sadəcə olaraq, informasiya küyü yaratmaq, informasiya müharibəsindəki gərginlik və xaotikliyi dərinləşdirmək məqsədi daşıyır”. 

Ekspert qeyd edir ki, reallıqda Paris buna getməyəcək. Ona görə də Makron sadəcə olaraq, sayıqlayır: 

“Nəzərə alaq ki, indiki mərhələdə Parisin Ukraynaya hansısa bir Avropa qoşunları göndərmək missiyası yoxdur və ola da bilməz. Hətta Fransa belə məsələyə getməyəcək. Paris özünü antirusiya mövqeyində göstərsə də, bu ölkənin qlobal münasibətlər sistemində Rusiyadan çəkindiyi də açıq şəkildə ortadadır. 

Digər tərəfdən, Kiyevin Aİ və NATO-ya qəbulu Rusiya ilə münaqişə bəhanə göstərilərək, mümkün görünmürsə, onlar Ukraynanı aldatmaqla məşğuldurlarsa, hansı Qərb qoşunlarının bu ölkəyə göndərilməsindən söhbət gedə bilər? Ukrayna faktiki olaraq aldadılıb və Rusiya ilə müharibə bəhanə göstərilərək, onu Aİ məsələsində bir addım belə yaxına buraxmırlar. Bu baxımdan da Makronun belə açıqlamaları sadəcə sayıqlamadan başqa bir şey deyil”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO