Bir aya 4 dəfə evləndi, 3 dəfə boşandı – GÜLMƏLİ SƏBƏB, YOXSA HİYLƏGƏRLİK?

Bir aya 4 dəfə evləndi, 3 dəfə boşandı – GÜLMƏLİ SƏBƏB, YOXSA HİYLƏGƏRLİK?

Hazırda oxunan: Bir aya 4 dəfə evləndi, 3 dəfə boşandı – GÜLMƏLİ SƏBƏB, YOXSA HİYLƏGƏRLİK?

17959

Tayvan sakini bir ay ərzində 4 dəfə ailə həyatı qurub 3 dəfə boşanmağa vaxt tapıb.

Bizim.Media “medialeaks”ə istinadən xəbər verir ki, bank işçisi olan kişi ödənişli məzuniyyətə getmək istəyib. Amma 8 günlük istirahət ona az görünüb.

Buna görə də o, ödənişli məzuniyyətə getmək üçün ailə həyatı qurmağı qərara alıb.

Bank işçisi evlənir və məzuniyyətinin son günündə həyat yoldaşı ilə boşanır. Növbəti sutkada həmin qadınla nikaha girməklə məzuniyyətinin vaxtını daha 8 gün artırıb. Hadisələr bu minvalla davam edib...

Ümumilikdə cütlük 37 gün ərzində 4 evlilik və 3 boşanma reallaşdırıblar. Rəhbərliyə məzuniyyətlə bağlı 4-cü dəfə müraciət edən işçiyə icazə verilməyib.

İstirahət etməyə öyrəşmiş tayvanlı əmək bürosuna müraciət etməklə çalışdığı bankı min manat məbləğində cərimə elətdirib. Bununla yanaşı məzuniyyət haqqından da istifadə edə bilib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO