Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ rəsmisi “X” hesabında məlumat verib.
“Zelenski ilə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ildönümündə telefon danışığı apardım. Həmçinin Krım yarımadasının işğalının 10-cu ildönümünü də müzakirə etdik.
Mən Aİ-nin Ukraynaya lazım olan qədər qatı maliyyə və hərbi dəstəyini bir daha təsdiqlədim. Rusiya Ukraynada demokratiya alovunu heç vaxt söndürə bilməyəcək. Ukraynanın müqəddəratı Aİ-dədir”, – deyə Ş. Mişel qeyd edib.
Bizim.Media